Ən Çox Soruşulan Suallar

CityMody; Media, təşkilat, əyləncə, incəsənət və buna bənzər sektorlarda istedadlı şəxslərin və işəgötürənlərin bir-biri ilə asanlıqla əlaqə qurması üçün yaradılan bir onlayn bir platformadır.
CityMody ailəsinə qatılaraq layihə elanlarına müraciət edə, kəşfedilmə şansınızı artıra, sektor professionalları ilə çalışaraq mükəmməl bir karyeraya addım ata bilərsiniz.
CityMody vasitəsi ilə əməkdaşlıq edəcəyiniz layihələr üçün komissiya ödəməli deyilsiniz.
CityMody-də bir profil yarada və paylaşa bilərsiniz. Artıq tək-tək foto / video göndərmək məcburiyyətində qalmayacaqsınız.
İstedadlarınızı daha çox şəxsə çatmasını təmin edərək xəyalınızdakı işlərə və layihələrə müraciət edə bilərsiniz.
Minlərlə şirkət bu platforma vasitəsi ilə axtardıqları istedadları tapır.
Siz də aşağıdakı bir neçə sadə addımı ataraq şansınızı artıra bilərsiniz:
1) CityMody-də mükəmməl bir rəqəmsal portfolio (təcrübəniz, şəkillər, videolar və s.) yaradın; 2) Sizə uyğun olan iş elanlarına müraciət edin; 3) profilinizdəki məlumatların hər zaman ən yeni olduğuna əmin olun.
Beləliklə iş tapmaq şansınızı artırın.
"Qeydiyyat" düyməsini klik etdikdən sonra profil yaratma sıralamalarını izləyərək digital portfolionuzu asanlıqla yarada bilərsiniz. Sizdən istənilən məlumatları xahiş olunur səhvsiz bir şəkildə doldurun, nəticədə profiliniz iş sahibləri tərəfindən daha sürətli bir şəkildə tapılacaq.
Ana Səhifədə yerləşən "İş Axtar" butonuna klik edərək istedadınıza uyğun filtrləri tətbiq edərək, sizə uyğun iş elanınlarını görə bilərsiniz. Bundan əlavə, platformada sizin profilinizə uyğun yeni iş elanları yayımlandıqca, bununla bağlı e-poçt vasitəsi ilə bildiriş alacaqsınız.
CityMody-də iş elanlarına müraciət edə bilmək üçün platforma üzərindən "İstedad" hesabı açmağınız yetərlidir daha sonra tək bir toxunuş ilə istədiyiniz yerdən elanlara müraciət edə bilərsiniz .
Müraciət etdiyiniz iş elanlarını profil səhifənizdə "İş Müraciətlərim" hissəsindən görə bilərsiniz.

İşə müraciət etdikdən sonra proses bu şəkildə irəliləyir:
- Müraciətiniz iş elanını dərc edən işəgötürənə göndərilir.
- İşəgötürən müraciətinizi gördükdən sonra profilinizi araşdırır.
- Şirkət nümayəndələri elana uyğun olan müraciətlərin sahibləri ilə, birbaşa olaraq sizinlə platforma üzərindən mesajlaşma yolu ilə əlaqə saxlayır.
Tamamilə Xeyr, CityMody, olduğunuz hər hansı bir layihə üçün heç bir komissiya tələb etməz.
Premium üzvlük; İşəgötürənlərin layihələrinə uyğun istedad axtararkən onlara qarşı görünürlülüyünüzü artırmaq imkanı yaradar və iş müraciətlərində / axtarışlarda ilk sıralarda yer alarkən standart üzvlərə görə premium üzvlük özəlliklərinə sahib olaraq kəşfedilmə şansınız artarkən işəgötürənlər tərəfindən kəşfedilmə hallarınız yüksələr.
Premium üzv olmağın əsas üstünlükləri:

- Limitsiz iş elanına müraciət edə bilmə imkanı;
- İş müraciətlərində standart üzvlərlə müqayisədə üstünlüklü olmaq;
- Profilinizin axtarış nəticələrində ilk sıralarda görünməsi;
- Limitsiz foto və video əlavə etmək;
və daha çox...
Yükləyəcəyiniz fotoların ölçüsü 2 MB-dən çox olmamalıdır. Videolarınız YouTube və ya Vimeo-ya yükləndikdən sonra linki kopyalayıb '' Video Əlavə Et '' bölməsinə yapışdırmalısınız.
Profilinizdə parametrlərim bölümündə '' Şifrəmi Dəyişdir'' daxil olaraq şifrənizi rahatlıqla dəyişdirə bilərsiniz və ya '' Şifrəmi Unuttum '' düyməsinə toxunaraq şifrənizi yeniləyərək platforma giriş edə bilərsiniz.
'' Parametrlər '' bölümünə daxil olaraq profiliniz ilə bağlı istədiyiniz hər hansı bir dəyişikliyi edə bilərsiniz.
İş elanlarına müraciət edə bilmək üçün platform üzərindən hesab açmağınız gərəklidir. Əgər hesabınız yoxdursa dərhal '' Qeydiyyatdan keç '' bölümünə toxunaraq hesabınızı yarada bilərsiniz.
Bəli,əlbəttə ki, hətta birdən çox istedad kateqoriyası seçməyiniz sizi axtarışlarda daha görünür edəcəkdir.
İstərsəniz daha sonra istedadınıza uyğun kateqoriyanı '' Profil Parametrlərim '' bölümündən dəyişdirərək güncəlləyə bilərsiniz.
Ziyarətçi sayınızı artırmaq tamamən sizin əlinizdədir.Əvvəla profilinizi hər zaman gündəmdə tutmaq, iş elanlarına müraciət etmək ve premium üzv olmaq sizin hər zaman digər istedadlara görə bir addım öndə olmağınıza imkan yaradacaqdır.
CityMody olaraq, fürsətləri qaçırmamaq üçün bildiriş parametrlərinizi hər zaman açıq saxlamağı tövsiyə edirik, amma istəmirsinizsə '' Bildiriş Parametrlərim '' bölməsində bildirişlərinizi bağlaya bilərsiniz.
Bəli, əlbəttə ki, istədiyiniz zaman'' Profil Parametrlərim '' bölməsində bacarığınıza uyğun kateqoriyanı dəyişə bilərsiniz.
Videolarınız YouTube və ya Vimeo-ya yükləndikdən sonra linki'' Video Əlavə Et ''bölməsinə kopyalayıb yapışdıra bilərsiniz.
Təəssüf ki, geri qaytarma siyasətimiz yoxdur. Bununla birlikdə, hər hansı bir texniki problemə görə eyni xidmət üçün birdən çox ödəniş edilsə, artıq ödənilmiş məbləğ geri qaytarılır.
Təəssüf ki, heç bir platforma sizə zəmanət verə bilməz, ancaq sizin üçün hazırladığımız tövsiyələrə əməl edərək müraciət etdiyiniz işlərdən müsbət rəy almaq şansınızı artıra bilərsiniz.
Platformaya yüklədiyiniz foto və videoların sizi axtaran şirkətlərin qərarvermə prosesinə təsir göstərdiyini unutmayın. Bu səbəbdən əlavə etdiyiniz foto və videoların keyfiyyətli olduğundan əmin olmağınız məsləhət görürük!
Şirkətlərin sizi daha rahat şəkildə tapa bilmələri üçün platformamızda xüsusi axtarış sistemi mövcuddur. Bu sistemin köməyi ilə şirkətlər öz tələb və göstəricilərinə uyğun olaraq filterlər təyin edə və nəticələri analiz edə bilər. Şirkət nümayəndələri layihələri və elanları üçün uyğun namizədlərlə platformamız üzərindən ilə mesaj funksiyası vasitəsi ilə əlaqə qura bilərlər
Platformaya giriş edərkən istifadə etdiyiniz eyni e-poçt ünvanı və şifrənizi istifadə etdiyinizdən əmin olun.Əgər şifrənizi xatırlamırsınızsa, "Şifrəmi Unutdum" düyməsinə toxunaraq platformaya daxil olub şifrənizi yeniləyə bilərsiniz.
Profil parametrlərinizdən "Hesap İdarəsi " hissəsinə gələrək orada olan "Üzvlüyümü Ləğv Et" düyməsinə toxunaraq üzvlüyünüzü ləğv edə bilərsiniz
Bank və ya kredit kartı ilə ödəmə edə bilərsiniz.
CityMody - müxtəlif istiqamətlər üzrə istedadlı şəxslərin və onlarla əməkdaşlıq etmək üçün axtaran şirkətlərin birləşdiyi rəqəmsal platformadır. İstedadlı şəxslərin detallı məlumatı özündə əks etdirən profil, şirkətlərin isə müxtəlif layihələri üçün iş və əməkdaşlıq elanları dərc etmə imkanları mövcuddur.
Sektor olaraq bir sonrakı layihə ehtiyac duyduğu istedadları bir platforma altında toplarkən proyektiniz üçün ən uyğun istedadı tapmağı asanlaşdırmağı məqsəd qoyan inkişaf etmiş axtarış motoru və geniş məlumat bazası ilə tanış olmanız üçün üzv olmağınızı gözləyirik.
CityMody-dəki istedad verilənlər bazasına çatıb iş elanı verə bilmək üçün "İşəgötürən" hesabı yaratmağınız yetərlidir.Bunun üçün "Qeydiyyatdan keç" bölümünə gedərək "İşəgötürən" hesabınızı yaratmaq üçün ilk addımı ata bilərsiniz.
İşəgötürən hesabınızı yaratdıqdan sonra "İş Elanı Verin" bölümünə gələrək layihənizin ehtiyacları doğrultusunda lazımlı kriteriyaları daxil edərək iş elanı yarada bilərsiniz.
İstəklərinizə uyğun istedad tapmaq üçün axtarış motoru xüsusiyyətindən istifadə edin. Axtarışınızı qısaltmaq üçün kateqoriya, dil, cins və yer kimi filtrlərdən istifadə edə bilərsiniz.
Axtarış nəticələrində ehtiyaclarınıza görə maraqlandığınız istedadın profilini ziyarət edin və "Mesaj Göndər" düyməsinə klik edərək açılan mesajlaşma səhifəsindən ilk mesajınızı göndərin.
"Müraciət Edənlər" bölümündə, elanınıza müraciət edən istedadlar sıralanacaq və hər hansı bir istedad elanınıza müraciət etdiyində sizə sistem üzərindən avtomatik e-poçt bildirişi gələcəkdir və beləliklə elanınıza müraciət edən istedadları sürətli bir şəkildə görə biləcəksiniz.
Xeyr, Ödənişsiz bir şəkildə iş elanı verə bilər, İstedadlar ilə əlaqəyə keçə bilər və axtarış edə bilərsiniz, bundan başqa hər hansı bir komissiya tələbimiz yoxdur.